BAKI, 17 oktyabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələri son bir həftə ərzində Ukraynanın 8 yaşayış məntəqəsini işğal edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin hesabatında bildirilib.

Hesabata əsasən, qeyd olunan müddətdə Ukraynanın Xarkov vilayətinin 3, Donetsk vilayətinin 3 və Dnepropetrovsk vilayətinin 2 kəndi Rusiya ordusu tərəfindən ələ keçirilib.