BAKI, 9 oktyabr. TELEQRAF
“Dünya sanki müharibənin başlanması üçün əmr verilmiş kimi, yeni bir müharibəyə doğru ardıcıl şəkildə irəliləyir”.
Teleqraf xəbər verir ki, bunu finlandiyalı geosiyasi analitik və professor Tuomas Malinen X sosial şəbəkəsində yazıb.
“Ola bilsin, dünyanı Üçüncü Dünya müharibəsinə və ya nüvə fəlakətinə sürükləmək barədə əmr verilib. Baş verənləri başqa heç bir fərziyyə ilə izah etmək çox çətindir”, – o qeyd edib.
Macarıstan Baş naziri Viktor Orban bundan əvvəl bəyan edib ki, böyük dövlətlərdən biri səhv buraxarsa, Üçüncü Dünya müharibəsi istənilən an başlaya bilər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə bəşəriyyətin qlobal müharibəyə doğru getdiyini düşünmür.