BAKI, 6 oktyabr. TELEQRAF

Norveç Silahlı Qüvvələrinin F-35 qırıcıları Polşaya gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Norveç Ordusunun Baş Qərargahı məlumat yayıb.

“Norveç F-35 qırıcı təyyarələri (Poznandakı) 31-ci Taktiki Aviasiya Bazasına enib, Polşa və Niderland ekipajları ilə birlikdə Polşa səmasında patrul etməyə başlayacaq”, - Baş Qərargahın bəyanatında deyilib.

Müdafiə Nazirliyinin məlumatına görə, Norveç Polşaya iki döyüş təyyarəsi göndərib, ayın sonuna qədər daha bir neçəsinin göndərilməsi gözlənilir.

Xatırladaq ki, Litva, Estoniya, Danimarka və Polşa Rusiya pilotsuz təyyarələri və ya qırıcılarının son həftələrdə onların hava məkanını pozduğunu bəyan edərək, NATO alyansını Avropanın şərq cinahı ətrafında müdafiəni gücləndirməyə sövq edib.