BAKI, 26 sentyabr. TELEQRAF
Seym (Polşa parlamentinin aşağı palatası) “Heyvanların mühafizəsi haqqında” qanuna düzəlişləri təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk bildirib.
Qanun itləri bağlı saxlamağı qadağan edir.
Seymin saytında dərc olunan səsvermənin nəticələrinə görə, təşəbbüsün lehinə 280, əleyhinə 105 deputat səs verib, 30-u isə bitərəf qalıb.
Qeyd edək ki, Polşanın 1997-ci ildə qəbul edilmiş “Heyvanların mühafizəsi qanunu” itlərin bağlı saxlanmasını qadağan etmirdi, amma zəncirin 3 metrdən qısa olmamasını tələb edirdi. Təklif olunan düzəlişlər itlərin çəngəllə gəzdirilməsinə və ya daşınma zamanı bağlı saxlanmasına imkan verəcək və sahiblərindən ev heyvanları üçün öz mülklərində yuvalar tikmələri tələb olunacaq. Yuvanın ölçüsü itin hündürlüyünə görə müəyyən ediləcək.