BAKI, 12 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Rusiya və Belarusun Aİ-dəki müvəqqəti işlər vəkillərini Brüsselə (Belçika) çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd edilir ki, bu, Polşadakı PUA insidenti ilə bağlıdır.
Xatırladaq ki, sentyabrın 10-da gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib.
Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.