BAKI, 11 sentyabr. TELEQRAF
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) xüsusi təyinatlıları Novorossiysk yaxınlığında Rusiyanın Qara Dəniz Donanmasının gəmisini pilotsuz təyyarə ilə vurublar.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
QUR-dan bildirilib ki, sentyabrın 10-da xüsusi təyinatlılar Qara dənizdə yüksək dəyərli hərbi hədəfin izinə düşüb və uğurla hücuma keçib. Bu, Rusiya Qara Dəniz Donanmasının MPSV07 çoxməqsədli gəmi layihəsinin gəmisidir.
“Ruslar qeyd olunan gəmini 2015-ci ildə istismara verib. Onun dəyəri təxminən 60 milyon dollardır. Ümumilikdə, təcavüzkarın dörd belə gəmisi var”, - QUR vurğulayıb.