BAKI, 29 avqust. TELEQRAF
“Rusiya müharibənin başalamasından bəri qismən ələ keçirilmiş Ukraynanın dörd bölgəsinə artıq tam nəzarəti əldə etmək niyyətində deyil”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
“Belə deyim: ruslar əvvəllər dörd bölgənin bütün inzibati sərhədlərini ələ keçirmək niyyətində idilər. İndi bu tələblərdən əl çəkiblər və bir yer istisna olmaqla, təmas xəttində qalırlar”, - nazir qeyd edib.
Hakan Fidan ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında Alyaskada keçirilən görüşdə müəyyən razılaşamaların əldə edildiyini açıqlayıb:
“Alyaskada müəyyən prinsiplərin razılaşdırıldığını görürük. Ruslarla amerikalılar arasında razılaşma var (Putin, Zelenski və Tramp arasında üçtərəfli sammitin mümkünlüyü ilə bağlı)”.
Xatırladaq ki, söhbət Ukraynanın Rusiya tərəfindən qismən işğal edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən gedir.