BAKI, 20 avqust. TELEQRAF

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Kursk vilayətini F-16 qırıcıları ilə bombardman edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumatda deyilir ki, iki F-16 sərhəddəki Tetkino kəndi yaxınlığına idarəolunan bombalar atıb.

KİV Ukrayna hərbi aviasiyasının sərhəd bölgələrində fəallaşdığını bildirib.

Qeyd edilib ki, bundan əvvəl ukraynalı diversantlar Rusiyanın Bryansk vilayətinin ərazisinə daxil olublar.