BAKI, 7 avqust. TELEQRAF

Azərbaycanın hərbi dənizçiləri Türkiyə Müdafiə Nazirliyinin proqramı çərçivəsində Albaniya və Maltaya səfər ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.

“Milli Müdafiə Universitetinin Hərbi Dəniz Akademiyasının kursantları Açıq Dəniz Təlimləri çərçivəsində “TCG Sancaktar” gəmisi ilə Azərbaycan, Liviya və Tunisdən olan qonaq kursantların iştirakı ilə 31 iyul-2 avqust tarixlərində Albaniyaya liman səfəri edib, onlar avqustun 5-dən 8-dək birlikdə Maltada olacaqlar”, - sözçü bildirib.