BAKI, 31 iyul. TELEQRAF
Azərbaycanın hərbi dənizçiləri Türkiyə Müdafiə Nazirliyinin proqramı çərçivəsində Maltaya səfər edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.
“Milli Müdafiə Universitetinin Dəniz Akademiyasının kursantları “Açıq Dəniz” təlim proqramı çərçivəsində Azərbaycan, Liviya və Tunisin dəniz akademiyalarından olan qonaq kursantların iştirakı ilə “TCG Sancaktar” gəmisi ilə iyulun avqustun 5-dən 8-dək Maltaya liman səfəri edəcəklər”, - rəsmi bildirib.
Z.Aktürk eyni heyətin iyulun 31-dən avqustun 2-dək Albaniyada olacağını da açıqlayıb.