BAKI, 25 iyun. TELEQRAF

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Andriyevka və Kostyantinopol yaşayış məntəqələrini işğal edib.

Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

“Düşmən Andriyevka və Kostyantinopolu işğal edib, həmçinin Oleksiyivka, Dneproenerji və Şevçenko ətrafında irəliləyib”, - Ukrayna portalı bildirib.