BAKI, 21 iyun. TELEQRAF

“Münaqişənin həlli üçün Ukrayna dörd bölgədə keçirilən referendumun nəticələrini tanımalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Ukraynanın dörd tanınmış regionda keçirilmiş referendumun nəticələrini tanıması zəruridir. Ukraynanın Rusiya ilə uzunmüddətli dostluq münasibətlərini saxlamaqda maraqlı olduğunu etiraf etmək lazımdır”, - dövlət başçısı deyib.

Qeyd edək ki, söhbət Ukraynanın işğal edilmiş Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin 2022-ci ilin sentyabrında Rusiyaya ilhaqına dair keçirilmiş referendumlardan gedir.