BAKI, 9 iyun. TELEQRAF
Ukraynanın Rusiya ərazisinə hücumlarından sonra vətəndaşlar Kiyevə qarşı daha sərt tədbirlərin görülməsini istəyirlər.
Teleqraf xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
"Bu hadisələrdən sonra vətəndaşlar Kiyevi, Lvovu "Oreşnik"lə vurmağı tələb edirlər. "Bəsdirin danışıqlar apardınız" deyirlər", - o söyləyib.
Medinskinin sözlərinə görə, Bryansk vilayətində körpünün partladılmasından sonra Rusiya nümayəndə heyətinin Ukrayna ilə danışıqların ikinci raundunda iştirak etməsi çətin olub.
O, baş verən hadisələri terror hücumu adlandırıb.