BAKI, 9 iyun. TELEQARAF

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) hərbi əks-kəşfiyyatı, Kiyev və Nikolayev vilayətlərində Rusiya xüsusi xidmət orqanları (FSB) ilə əməkdaşlıq edən iki casusu ifşa edərək saxlayıb. Onlar Ukrayna Silahlı Qüvvələrinin döyüş təyyarələri barədə məlumatları rus tərəfinə ötürürmüşlər.

Teleqraf xəbər verir ki, bu barədə SBU-nun yaydığı məlumatda deyilir.

Məlumatına görə, Kiyevdə saxlanılan şəxs 34 yaşlı, işsiz qadın FSB-nin təlimatı ilə yaşadığı mənzilin eyvanından təyyarə uçuşlarını müşahidə edir, vaxtlarını və istiqamətlərini qeydə alırdı. Bu məlumatları pul qarşılığında ruslara ötürən qadın müəyyən edilmişdir ki, eyni zamanda Rusiya hücumlarının nəticələrini də əraziyə gedərək sənədləşdirib.

Nikolayevdə isə yerli hərbi hissəyə səfərbər olunmuş şəxs döyüş təyyarələrinin uçuşlarını gizli şəkildə videoya çəkərək, onları messencerlər vasitəsilə ötürüb.

Axtarış zamanı hər iki agentin mobil telefonlarında cinayət sübutları tapılıb. Onlara qarşı Ukrayna Cinayət Məcəlləsinin 111-2-ci (dövlətə xəyanət) və 114-2-ci (mühüm hərbi məlumatların yayılması) maddələri üzrə ittiham irəli sürülüb.

Saxlanılan şəxslər barəsində zaminə buraxılmadan həbs-qətimkan tədbiri seçilib, əmlakları isə müsadirə edilib. Onları 5 ildən başlayaraq ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

SBU, həmçinin Kiyevdə Rusiya hücumlarını koordinasiya edən müəssisənin 41 yaşlı anbardarını da saxlayıb. Onun düşmənə hava zərbələrinin hədəflərini ötürdüyü ehtimal edilir.