BAKI, 9 iyun. TELEQRAF
Estoniya Prezidenti Alar Karis ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Ukraynanın NATO-ya üzvlük perspektivini dəyərləndirib.
Teleqraf xəbər verir ki, Kari Litvanın LRT portalına verdiyi müsahibədə Trampın Ukraynanın alyansa üzvlüyünə qarşı çıxacağı ehtimalı fonunda, bu prosesin mümkünsüz olub-olmayacağına dair sualı cavablandırıb.
Estoniya lideri bu kontekstdə keçmişə istinad edərək bildirib:
“Sadəcə xatırlatmaq istəyirəm ki, biz Estoniyada Rusiya qoşunları hələ bizim ərazimizdə olarkən NATO-ya daxil olmaq məsələsini müzakirə etməyə başladıq".
Bu açıqlama ilə Karis Ukraynanın NATO-ya üzvlüyü istiqamətində irəliləməsinin mövcud geosiyasi reallıqlardan asılı olmayaraq mümkünsüz olmadığını vurğulayıb.