​BAKI, 8 iyun. TELEQRAF

Rusiya tərəfi İstanbul razılaşmalarına uyğun olaraq Ukrayna əsgərlərinin cəsədlərindən ibarət ilk partiyanı mübadilə zonasına çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, bu gündən etibarən Ukrayna əsgərlərinin cəsədləri ilə dolu repatriasiya qatarlarının hərəkəti başlayır. Rusiya tərəfi cəsədlərin qarşı tərəfə təhvil verilməsi üçün Ukraynadan rəsmi təsdiq gözlədiyini qeyd edib.

Məlumata görə, ümumilikdə 6 minə yaxın Ukrayna əsgərinin cəsədinin qarşı tərəfə təhvil verilməsi planlaşdırılır. Bu proses mərhələli şəkildə həyata keçiriləcək.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi təşəbbüsü siyasi məqsədlər daşımır və bu, tamamilə humanitar xarakterli bir addımdır.

***

12:02

Əcnəbi jurnalistlər Rusiyanın Bryansk vilayətində Ukrayna əsgərlərinin cəsədləri saxlanılan soyuduculara baxış keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Qarşı tərəfə meyitlərin təhvil verilməsi üçün müvafiq prosedurların həyata keçirilməsi nəzərdə tutulur.