BAKI, 7 iyun. TELEQRAF

“Ukrayna daha bir böyük şəhərdən məcburi evakuasiyaya başladığını elan edib. Söhbət Sumı şəhərinidən gedir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Maryana Bezuqla deyib.

“Hərbi fəaliyyətlə məşğul olmayan və Ukrayna Silahlı Qüvvələrinə kömək etməyən Sumı sakinləri təcili olaraq şəhəri tərk etməlidirlər”, - siyasətçi bildirib.

Ukrayna KİV Rusiya Silahlı Qüvvələrinin Sumı şəhərinin 20 kilometrliyində olması barədə məlumat yaymışdı.

Məlumata görə, şəhərin ətrafındakı yaşayış məntəqələri artıq Rusiya ordusu tərəfindən işğal olunub.