BAKI, 3 iyun. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 12 Rusiya döyüş təyyarəsinin məhv edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun sosial media hesabında bildirilib.

“Son sutka ərzində Rusiya işğalçılarının itkiləri 1100 nəfər təşkil edib. Ukrayna əsgərləri həmçinin 7 tank, 8 zirehli döyüş maşını, 48 artilleriya sistemi, 1 reaktiv yaylım atəşi sistemi, 1 hava hücumundan müdafiə sistemi, 12 təyyarə, 126 PUA və 145 hərbi texnikanı zərərsizləşdirib”, - açıqlamada deyilir.

Ukrayna Ordusunun Baş Qərargahı əlavə edib ki, son 24 saat ərzində cəbhədə ümumilikdə 142 toqquşma qeydə alınıb.