BAKI, 2 iyun. TELEQRAF

Ankara Ağır Cinayətlər Məhkəməsində xarici ölkələrə casusluq ittihamı ilə mühakimə olunan siyasətçi Mətin Gürcanın cinayət işi üzrə hökm elan edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Müxalif DEVA Partiyasının qurucularından olan keçmiş zabit və akademik Mətin Gürcan 16 il 8 ay həbs cəzasına məhkum edilib.

Mətin Gürcana qarşı hazırlanan ittihamnamədə onun Türkiyənin Suriya, Liviya, İraq və digər ölkələrdəki hərbi əməliyyatları, həmin ölkələrdə yerləşən hərbi qüvvələri və fəaliyyətləri barədə məlumatları pul qarşılığında xarici ölkənin nümayəndəliyinin əməkdaşlarına satdığı bildirilib.

Siyasətçinin xarici ölkəyə satdığı məlumatlara Türkiyənin istehsal etdiyi PUA-lara dair informasiyalar da daxildir.