BAKI, 27 may. TELEQRAF

Rusiya ordusu Luqansk vilayətinin Qrekovka qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin təxminən 800 metr dərinliyinə qədər irəliləyib və üç meşə zolağını işğal edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sözügedən istiqamətdə cəbhə xəttinin eninin təxminən 2 kilometr olduğu bildirilib.

“Ukrayna qoşunlarının müdafiəsini keçərək irəliləyən Rusiya ordusu üç meşə zolağı, yeni xətlər və mövqeləri zəbt edib, həmçinin Ukrayna Silahlı Qüvvələrinin iki dayaq məntəqəsini darmadağın edib”, - məlumatda deyilir.

Ukrayna ordusu Qrekovkanın şimal-şərqindəki strateji yüksəklikləri saxlamağa çalışır. Bu məqsədlə cəbhənin bu hissəsinə əlavə qüvvələr və resurslar göndərilir.