BAKI, 26 may. TELEQRAF
“Rusiyanın Ukrayna ilə bağlı planları dəyişməz olaraq qalır – Moskvanın məqsədi Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərini ələ keçirmək və Xarkov, Sumı və Çerniqov vilayətlərində 5-10 kilometrlik bufer zona yaratmaqdır”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəisi Oleq İvaşenko məlumat verib.
Rusiyanın hərbi planları ilə bağlı sualı cavablandıran SVR rəhbəri deyib:
“Ukraynanın bütün kəşfiyyat ictimaiyyəti razılaşır ki, yeni heç nə yoxdur. Luqansk, Donetsk , Zaporojye və Xerson vilayətlərini tam nəzarətə götürmək istəyirlər. Amma bu ideyanı tam reallaşdıra bilmirlər. Həmçinin Xarkov, Sumı və Çerniqovda 5-10 kilometrlik təhlükəsizlik zonası yaratmaq istəyirlər”.