BAKI, 23 may. TELEQRAF

“Rusiyanın Ukraynaya qarşı apardığı müharibə onilliklər davam edə bilər”.

Teleqraf xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

Polşanın baş diplomatı bunun müstəmləkə müharibəsi olduğunu bildirib.

“Nəzərə almalıyıq ki, bu, keçmiş imperiya metropolunun üsyankar bir müstəmləkə hesab etdiyi əraziyə qarşı apardığı müharibədir. Tarix bizə müstəmləkə müharibələrinin adətən bir neçə onilliklər davam etdiyini göstərir. Həmçinin müstəmləkə müharibələrinin, bir qayda olaraq, fərqli liderlər qrupu (hakimiyyət dəyişikliyi) ilə başa çatdığını xatırlamalıyıq”, - Sikorski vurğulayıb.