BAKI, 18 aprel. TELEQRAF

Almaniya hökuməti “Eurofighter” döyüş təyyarələrinin Türkiyəyə satışına veto qoyub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı Almaniya mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, qərar İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya işi çərçivəsində həbs olunması səbəbindən verilib.

İki ölkə arasında satış danışıqları uzun müddətdir müsbət istiqamətdə irəliləyirdi.