BAKI, 8 aprel. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şərqi Avropadan 10 minə qədər hərbçinin çıxarılması təklifini nəzərdən keçirir. Bu, qitədə narahatlıq yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə “NBC News” məlumatlı mənbələrə istinadla bildirib.

Qeyd olunur ki, nəzərdən keçirilən bölmələr ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyasının Rusiyanın hücumundan sonra Ukrayna ilə həmsərhəd ölkələrin müdafiəsini gücləndirmək üçün 2022-ci ildə yerləşdirdiyi 20 minlik qüvvənin bir hissəsidir.

Avropa rəsmiləri bildiriblər ki, Pentaqon bu təklifi qəbul edərsə, bu, Birləşmiş Ştatların Rusiyanı artan təhlükə kimi görən Avropadakı müttəfiqlərindən imtina etməsi ilə bağlı narahatlığı artıracaq.