
BAKI, 23 mart. TELEQRAF
İstanbul Respublika Baş Prokurorluğu terror işi ilə əlaqədar məhkəmənin Əkrəm İmamoğlu barəsində çıxardığı qərardan protest verəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Baş Prokurorluq korrupsiya istintaqı çərçivəsində bir sıra ittihamlarla həbs edilən İmamoğlu barəsində bəzi ittihamların qəbul olunmamasında da etiraz edəcək.
Xatırladaq ki, İstanbul Məhkəməsi korrupsiya işində Əkrəm İmamoğlu barəsində həbs qərarı versə də, terrorla bağlı Baş Prokurorluğun təqdimatını qəbul etməyib.