BAKI, 22 mart. TELEQRAF

Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərinin gələcək statusu münaqişədə ən böyük problemdir.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

“Hesab edirəm ki, bu münaqişədə ən böyük problem Krım və dörd regiondur - Donbas, Luqansk və digər iki region (Xerson və Zaporojye). Bu bölgələr rusdillidirlər, insanların böyük əksəriyyətinin Rusiyanın rəhbərliyi altında yaşamaq arzusunu ifadə etdiyi referendumlar olub. Məncə, bu, münaqişənin əsas məsələsidir”, - Amerika rəsmisi bildirib.

Uitkoff əlavə edib ki, bu, həll edilməli olan prioritet məsələdir, bu, həmişə problem olub, amma heç kim bu barədə danışmaq istəmir.

“Bir otaqda filə bənzəyir. Otaqdakı fil Ukraynanın konstitusiya məsələsidir ki, ərazilərdən imtinadan söhbət gedirsə, nədən imtina edə bilərlər. Ruslar bu ərazilərə de-fakto nəzarət edirlər. Sual olunur ki, dünya buraları Rusiya əraziləri kimi tanıyacaqmı? Zelenski bunu tanısa, siyasi baxımdan salamat qalacaqmı? Münaqişədə əsas məsələ budur”.