
BAKI, 21 mart. TELEQRAF
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini Gökhan Zeybəkin canlı yayımda partiyanın sabiq rəhbəri Kamal Kılıçdaroğlu ilə bağlı suala verdiyi cavab müzakirələrə səbəb olub.
Teleqraf xəbər verir ki, onun açıqlaması partiya üzvləri arasında böyük əks-səda doğurub.
Zeybək “Kılıçdaroğlu partiyanıza qəyyum təyin oluna bilərmi” sualına belə cavab verib:
“1 milyon 700 min CHP üzvü onu qəyyum təyin edəcək adamın üzünə tüpürərdi”.