
BAKI, 27 fevral. TELEQRAF
Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri (işğal edilmiş Ukrayna əraziləri – red.) Rusiyanın ayrılmaz hissəsidir.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi bu məsələnin (ərazilərin Ukraynaya qaytarılmasının) müzakirə edilməyəcəyini bildirib.
“Rusiya Federasiyasının subyektinə çevrilmiş və ölkəmizin konstitusiyasına yazılmış ərazilər ölkəmizin ayrılmaz hissəsidir. Bu, tamamilə danılmaz və müzakirə olunmayan faktdır”, - Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya 2022-ci il sentyabrın 30-da bir hissəsini işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini anneksiya etdiyini açıqlayıb. Həmin ərazilərin “ilhaq”ı Rusiya konstitusiyasında təsbit olunub.