BAKI, 18 fevral. TELEQRAF
Qırğızıstanın Su Ehtiyatları, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyi BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə tərəfdaşlıq çərçivəsində iqlim dəyişikliyi ilə bağlı yeni layihəyə başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Yaponiya hökuməti bu təşəbbüs üçün 4,5 milyon dollar ayırıb. Layihə ölkənin üç bölgəsini - Batken, Cəlalabad və Oş vilayətlərini əhatə edir.
Bildirilib ki, Qırğızıstanın bu bölgələri iqlim anomaliyaları və su çatışmazlığına ən çox həssas olan regionlar kimi tanınıb.