BAKI, 6 fevral. TELEQRAF
Məşhur qazaxıstanlı stənd-ap komediyaçısı Nurlan Saburovun Rusiyaya girişi 50 il qadağan edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qərar yanvarın 30-da qüvvəyə minib. Bildirilib ki, giriş qadağası Rusiyanın miqrasiya və vergi qanunvericiliyinin pozulması, eləcə də Moskvanın Ukraynaya qarşı müharibəsinin tənqidi ilə bağlıdır.
Hələlik məlumatın rəsmi təsdiqi dərc olunmayıb.
Nurlan Saburov rusdilli stənd-ap layihələrindəki çıxışları ilə populyarlıq qazanıb, uzun illər Rusiya və digər ölkələrdə çıxış edib.