BAKI, 3 dekabr. TELEQRAF

Qazaxıstan və Avropa İttifaqı viza rejiminin sadələşdirilməsi üzrə ilk danışıqları Brüsseldə keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər ilkin istiqamətləri razılaşdırıb və gələcək iş planını müəyyənləşdiriblər.

Danışıqlar konstruktiv və işgüzar şəraitdə keçib, tərəflər yanaşmalarını mübadilə edib və əməkdaşlığın genişləndirilməsi, səyahətlərin sadələşdirilməsi istiqamətində addımlar atmağa hazır olduqlarını nümayiş etdiriblər.

Qeyd edilib ki, bu danışıqlar Avropa İttifaqı ilə Mərkəzi Asiya dövlətləri arasında ilk belə prosesdir və tarixi əhəmiyyət kəsb edir.

Növbəti konsultasiya 2026-cı ildə Astanada keçiriləcək.