BAKI, 18 noyabr. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının gündəliyində duran məsələləri müzakirə ediblər.
Qarşıdakı proqramlar və tərəfdaşlıq gündəliyini yeni təşəbbüslərlə, o cümlədən Ermənistanın dayanıqlığının davamlı olaraq gücləndirilməsi ilə bağlı görülən işlərə istinad edilib.
Ararat Mirzoyan və Maqdalena Qrono regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Regionda nəqliyyat və iqtisadi əlaqə şəbəkəsinin genişləndirilməsinə diqqət yetirilib.
Görüşdə avqustun 8-də Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin yaratdığı imkanlardan maksimum yararlanmaq və sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş səylər barədə fikir mübadiləsi aparılıb.