BAKI, 30 oktyabr. TELEQRAF
“Qərb Rusiyanın nüvə enerjisi ilə işləyən “Poseydon” sualtı gəmisindən istifadə etməsini istəmirsə, Prezident və Ali Baş Komandan Vladimir Putinə təzim etməyə hazırlaşmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Burevestnik”in yaradılması “Poseydon”a sınaqların keçirilməsinə imkan verdi, bu silahın bənzəri yoxdur. Prezident bu layihənin həyata keçirilməsini başlanğıcdan sonacan müşayiət edib, nəticəni görürük. Bu gün xaricdə bizə zərər verənlər (Qərb ölkələri) Ali Baş Komandanımızın qarşısında baş əyməyə hazır olmalıdırlar ki, bu silahdan istifadə olunmasın”, - Volodin bildirib.