BAKI, 7 oktyabr. TELEQRAF
Türkmənistanın İtaliyadakı səfiri Toyli Komekov İtaliyanın istehsalat naziri Urso Adolfo ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzinin məlumat yayıb.
Tərəflər iki ölkənin özəl və dövlət sektorunun, maliyyə dairələrinin, iri şirkətlərinin nümayəndələrinin iştirakı ilə biznes foruma hazırlıq məsələlərini müzakirə ediblər. Tədbirin bu ilin oktyabrında İtaliyada keçirilməsi planlaşdırılır.
Tərəflər həmçinin ticari-iqtisadi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Görüşün sonunda diplomatlar tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyib, Türkmənistan və İtaliya xalqlarına sülh və firavanlıq arzulayıblar.