BAKI, 6 oktyabr. TELEQRAF

Oktyabrın 9-da Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Şimali Koreyaya rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə VNA məlumat yayıb.

Bildirilir ki, bu, son 20 ildə Vyetnamın ölkə rəhbəri səviyyəsində Pxenyana ilk səfəridir.

Səfər üç gün davam edəcək.

Qeyd edilir ki, To Lam səfər çərçivəsində oktyabrın 10-da keçiriləcək, Koreya Fəhlə Partiyasının 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək.