BAKI, 4 oktyabr. TELEQRAF

Qırğızıstanın paytaxtı Bişkekdə mitinq və piketlərə qoyulan qadağa yenidən uzadılıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Qeyd olunur ki, məhkəmə sentyabrın 30-da şəhər rəhbərliyinin 2025-ci il oktyabrın 1-dən dekabrın 31-dək etiraz aksiyalarına məhdudiyyət qoyulması ilə bağlı vəsatətini təmin edib.

Qərara əsasən, bölgə ərazisində toplantı, mitinq və digər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Mərkəzi meydanda keçirilən rəsmi dövlət və meriya tədbirləri istisnadır.

Bütün digər mitinqlər və tədbirlər yalnız “Rıskulova” küçəsindəki “Qorki” meydanında keçirilə bilər.

Hüquq müdafiəçiləri ölkənin ali rəhbərliyini Mərkəzi Asiya regionunda, xüsusilə Qırğızıstanda yeni risklər, münaqişələr və fəlakətlər fonunda vətəndaşların hüquqlarının sistematik şəkildə pozulmasına diqqət yetirməyə çağırıblar.