BAKI, 29 sentyabr. TELEQRAF
Sentyabrın 29-da Qazaxıstanda hərraclarda dolların məzənnəsi müəyyən olunub.
Teleqraf xəbər verir ki, bu barədə dolların məzənnəsi 4,34 təngə artaraq 548,79 təngə təşkil edib.
Qazaxıstan Milli Bankının sentyabrın 29-na rəsmi məzənnəsi 1 dollar üçün 544,26 təngə olub.
Hazırda Astana və Almatıdakı valyutadəyişmə məntəqələrində dolların orta məzənnəsi belədir:
Almatı valyutadəyişmə məntəqələrində dolların orta məzənnəsi
Alış - 546,16 təngə
Satış - 548,24 təngə
Astana valyutadəyişmə məntəqələrində dolların orta məzənnəsi
Alış - 544.40 təngə
Satış – 549,40 təngə
Milli Bankın sədri Timur Süleymanov bu il dolların məzənnəsinin 1000 təngəyə çatmayacağını iddia edib.