BAKI, 26 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp son həftələrdə Hindistan Baş naziri Narendra Modi ilə 4 dəfə telefonla danışmağa çalışsa da, heç bir nəticəsi olmayıb: Modi zənglərə cavab verməyib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın FAZ nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Hindistan liderinin bu davranışı ABŞ prezidentinin ölkəsinə yeni tariflər tətbiq etməsi ilə bağlıdır. Nəşr yazıb ki, Modi Trampın siyasətindən narazılığını nümayiş etdirərək, söhbətdən bilərəkdən yayınıb.

Qeyd edək ki, bundan əvvəl Dehli Trampın təşəbbüsü ilə tətbiq edilən tariflərə görə ABŞ-dən silah almaq planlarını dayandırıb.