BAKI, 26 may. TELEQRAF

"Fransa Prezidenti Emmanuel Makron ictimaiyyət önündə “super özünəinam”ı nümayiş etdirməyə çalışır".

Teleqraf xəbər verir ki, bu fikirləri rusiyalı senator Aleksey Puşkov Fransanın birinci xanımı Bricit Makronun ərinə şillə vurduğu kadrları şərh edərkən deyib.

“Napoleonun özünə şillə vurulmasına icazə verib-vermədiyini söyləmək çətindir, amma Makron Vyetnamda təyyarədən enməmişdən arvadı Bricit tərəfindən şillələnib. Görünür, çox güclü olub, yəqin həyatında birinci dəfə deyil. Sonra heç nə olmamış kimi, şən halda vyetnamlıları salamlayaraq, aşağı enib. Ola bilsin, ictimaiyyət içində “super özünəinam”ını nümayiş etdirməyə çalışır”, - senator bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron tərəfindən üzünə şillə vurulması anı sosial mediada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Hadisə Makronun Asiya səfərləri çərçivəsində Vyetnamda təyyarədən enərkən baş verib. Yelisey Sarayı baş verənləri təsdiqləyib.