BAKI, 26 may. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron tərəfindən üzünə şillə vurulması anı sosial mediada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

Teleqraf xəbər verir ki, hadisə Makronun Asiya səfərləri çərçivəsində Vyetnamda təyyarədən enərkən baş verib.

Fransa lideri Vyetnamda təyyarədən enərkən prezidentin üzünə bir əlin dəyməsi görünüb. Makronun üzünə dəyən əlin sahibinin həyat yoldaşı Bricit Makron olduğu düşünülür. Çünki birinci xanım bir neçə saniyə sonra uçuş-enmə zolağına çıxanda qırmızı libasda görünüb.

Video AP agentliyinin kamerasına düşsə də, əvvəlcə "Russia Today" və ona yaxın hesablar tərəfindən paylaşılıb. Ancaq AP rəsmi olaraq videonun səhihliyini təsdiq edib. Fransa mətbuatında Makrona yaxın mənbələrə istinadla hadisənin mədəni bir müzakirənin gedişatında baş verdiyi barədə xəbər yayıb.

Xatırladaq ki, Bricit Makron Fransa Prezidentinin keçmiş müəllimidir, ondan 24 yaş böyükdür.