BAKI, 19 may. TELEQRAF
Rusiyanın “Yars” qitələrarası ballistik raketinin buraxılışı uğursuz olub.
Teleqraf xəbər verir ki, bu barədə “Defence Express” məlumat yayıb.
Ukrayna nəşri yazır ki, Rusiya mayın 19-na keçən gecə “Yars” qitələrarası ballistik raketinin təlim-döyüş buraxılışını keçirməyi planlaşdırsa da, bu, baş tutmayıb.
“Rusiya Federasiyası “Yars”ı işə sala bilmədi. Baş verənlər onu göstərir ki, buraxılış alınmayıb”, - məlumatda deyilir.