BAKI, 24 fevral. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp ikinci müddəti bitdikdən sonra könüllü şəkildə vəzifəsini tərk etməyəcək”.

Teleqraf xəbər verir ki, bunu fransalı aktyor Robert De Niro deyib.

De Niro Trampı ABŞ-ni məhv etməkdə edərək bildirib ki, o, ölkə üçün təhlükədir və ondan xilas olmaq lazımdır.

“O, heç vaxt könüllü getməyəcək, biz onu vəzifədən uzaqlaşdırmalı olacağıq. İndi seçkiləri milliləşdirmək barədə zarafat edir. O, zarafat etmir, biz çox şey görmüşük”, - aktyor qeyd edib.

De Niro xəbərdarlıq edib ki, Tramp qarşıdakı aralıq seçkilərə müdaxilə etməyə cəhd göstərə bilər: “Buna görə də vətəndaşlar səsvermənin təhlükəsizliyini və bütövlüyünü təmin etməlidirlər. Gəlin özümüzü aldatmayaq. O getməyəcək, bu, bizdən asılıdır”.

Fransalı aktyor amerikalıları seçki məntəqələrini qorumağa və seçkilərin şəffaflığını təmin etməyə hazır olmağa çağırıb.