BAKI, 31 dekabr. TELEQRAF
“Ukraynadakı müharibə və Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması Avropa İttifaqı və NATO-ya ağır zərbə vurub”.
Teleqraf xəvər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern deyib.
“NATO dağılır. ABŞ olmadan bu blok heç nədir. Əgər Vaşinqton Moskva ilə dost olmaq istəyirsə, Avropada müharibəni qızışdıranların aqibəti necə olacaq?”, - analitik bildirib.
Makqovernin sözlərinə görə, heç kim ABŞ-nin NATO Nizamnaməsinin 5-ci maddəsinə əməl edəcəyinə inanmır.
“Avropa İttifaqının siyasəti həm özü, həm də NATO üçün ciddi nəticələrə səbəb olacaq”, - amerikalı analitik əlavə edib.