BAKI, 29 oktyabr. TELEQRAF

“Amerika Birləşmiş Ştatları nüvə sualtı gəmiləri sahəsində dünyadan 25 il qabaqdadır”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Nüvə sualtı gəmilər sahəsində əhəmiyyətli üstünlüyümüz var. O qədər irəlidəyik ki, bütün rəqiblərimizi təxminən 25 il qabaqlayırıq”, - o, qeyd edib.

Trampın fikrincə, ABŞ həm də silahların keyfiyyətinə görə dünyada birinci yeri tutur.