
BAKI, 7 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynada atəşkəslə bağlı Rusiya ilə danışıqların davam etdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, tərəfləri müharibəni mümkün qədər tez bitirməyə çağırıb.
“Rusiya ilə danışırıq. Bombardmanlardan xoşum gəlmir, partlayışlar davam edir və hər həftə minlərlə gənc ölür. Bunun dayandırılmasını istərdik”, - ABŞ prezidenti deyib.
Tramp həmçinin bir daha vurğulayıb ki, o, əvvəllər ABŞ prezidenti olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsi baş verməzdi:
“Bu, dəhşətlidir və heç vaxt başlamamalı idi. Mən prezident olsaydım, bu, yüz faiz baş verməzdi”.