BAKI, 11 mart. TELEQRAF

Kanadanın keçmiş baş naziri Castin Trüdo kabineti tərk edərkən stulunu da özü ilə aparıb.

Teleqraf xəbər verir ki, sabiq baş nazirin bununla bağlı görüntüləri yerli mediada yayımlanıb.

Xatırladaq ki, Mark Karni martın 10-da parlamentdə keçirilən səsvermədə ölkənin yeni baş naziri seçilib. O, səslərin 86 faizini toplayaraq rəqiblərini geridə qoyub və hakim Liberal Partiyanın yeni rəhbəri olub.