Müsavat Partiyasınən sədri Arif Hacılı təşkilatın üzləşdiyi böhrandan çıxış yolu və istefaların qarşısını almaq məqsədi ilə ciddi  addımlar atmalıdır, əks təqdirdə  bu tarixi məsuliyyət onun üzərində qalacaq.

Bunu Moderator.az-a açıqlamasında partiya başqanlığına sabiq namziəd Tural Abbaslı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiya sıralarından istefasına mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə,  Müsavat Partiyası 2014 - cü ildə keçirilən sonuncu qurultayından xeyli zəifləyib. 

“Partiyanın yeni seçilən başqanı Arif Hacılı təşkilatın nəinki gücləndirilməsi, möhkəmlənməsi  istiqamətində addımlar atdı, əksinə, partiyanın zəifləyərək parçalanmasına, davamlı istefalara şərait yaratdı. Belə ki, o sədr seçilən kimi partiyadakı qrupunun mövqelərinin möhkəmlənməsi istiqamətində addımlar atdı ki, bu da təbii olaraq Müsavat kimi bir demokratik partiyada qəbul olunan hal deyildi. Və bu öz mənfi təsirini göstərdi. Çünki bura toplaşanlar şəxsin ətrafına deyil, ideya ətrafına toplaşan insalar idi və ölkə ictimaiyyətində xeyli nüfuza malik idilər. Məhz yeni sədrin öz korporativ maraqlarını güdməsi və təşkilat daxilində  öz qrupunun üzvlərinin səlahiyyətlərini artırması partiyada təsirsiz ötüşmədi. Nəticədə ölkə ictimaiyyətində xeyli nüfuza malik şəxslər istefa verdi və bu proses bu gün də davam etməkdədir. Elə son hadisə Azərbaycan cəmiyyətində öz yeri, nüfuzu və ilk sıralarında yer alan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun da istefası bu qəbildəndir və bu, partiya üçün çox böyük itkidir. Bu təbii ki, partiyanın zəifləməsinə öz təsirini göstərəcək. Və kimsə belə düşünmür, o yanılır. Hər bir istefa özü də seçkiöncəsi partiyanın imicinə ziddi zərbə vurur. Bu baxımdan mən R. Arifoğlunun istefasının böyük itki hesab edirəm”, - deyə T. Abbaslı vurğuladı.

T. Abbaslı hesab edir ki, partiya başqanı A. Hacılı istefa verənlərin geri qaytıması üçün ciddi tədbirlər planı hazırlamalıdır: 

“Lazım gələrsə kompromisə getməli, güzəştlər planı hazırlamalıdır. Daha bunlara sıradan olan istefalar və yaxud bunun partiyaya təsir ötüşəcəyi kimi yanaşamaq yanlışlıqdır. Çünki gələcəkdə də belə istefalar istisna deyil, Odur ki, qabaqlayıcı tədbirlər görülməli və gedənlərin qarşısı alınmalıdır.  Bir daha deyirəm, ələlxüsus da seçkiöncəsi bir vaxtda.”

T. Abbaslı bildirdi ki, proses belə davam edərsə Müsavatın seçikdə hər hansı uğurundan danışmaq  olmaz: 

“Hazırki durum bir daha göstərir ki, ölkədə elə bir partiya, başda Müsavat olmaqla tapa bilməzsən o parlament seçkilərində 125 seçki dairəsindən namziəd irəli sürə bilsin. Bu partiyaların buna nə bu qədər namizədi, nə də potensialı var. Amma Müsavat Partiyasında fəxrlə bəyan edirlər ki, onlar artıq 70 seçki dairəsindən namizədini bəlli ediblər. Ancaq nəzərə almırlar ki, onlar hakimiyyətlə 125 seçki dairəsində mübarizə aparacaq.  Hansı ki, müəyyən olunan namizədlərin də demək olar ki, böyük əksəriyyəti Bakı və Abşerondakı seçki dairələri üzrədir. Deməli Müsavat regionlarda 25-dək namziədlə təmsil olunacaq ki, onların da hansı  nüfuza sahib olması bəlli deyil. Bir daha təkrar edirəm ki, Müsavat başqanı Arif Hacılı təcili olaraq partiyanın üzləşdiyi böhrandan çıxış yolu aramalıdır, əks təqdirdə  partiyanın siyasi səhnədən çıxması ilə bağlı tarixi məsuliyyət onun üzərində qalacaq”, - deyə o vurğuladı.

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti