Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi üçün müraciət qaydaları ilə bağlı mətbuat konfransı keçirilib.

Sozcu.az-ın xəbərinə görə, nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradıb. Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanı bu kateqoriyadan olan insanlara xüsusi qayğının daha bir əyani təsdiqidir.

Fərmanın icrasının tam şəffaf, vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə yerinə yetirilməsi üçün nazirlikdə yaradılmış komissiya tərəfindən bir sıra işlər görülüb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib. Bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri yekunlaşıb. Fərmana əsasən bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Artıq sabahdan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında (www.mlspp.gov.az) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.

Axtarışın nəticəsi olaraq “Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət edir.

Hərbi qulluqçunun vərəsəsi tərəfindən notariat kontoruna bu sənədlər təqim olunur:

- hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;

- hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı;

- birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə. Ərizə forması notariat orqanından əldə edilir;

- bank hesabı nömrəsinə dair arayış. Vərəsənin bank hesabı olmadıqda, o istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair arayış alır.

Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s.

Hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun yarandığı təqdirdə, notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilir.

Vərəsəlik şəhadətnaməsi və vərəsənin təqdim etdiyi sənədlərdəki məlumatlar notarius tərəfindən elektron qaydada 3 iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürülür.

Məlumat sistemə daxil olduqdan sonra müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, onların daxiloma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş vərəsələrin ərizədə qeyd etdiyi əlaqə nömrələrindən birinə göndərilir.

Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan maliyyə vəsaitinin ayrılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət olunur.

Tələb olunan maliyyə vəsaiti ayrıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmə vərəsənin bank hesabına köçürülür. Bu barədə vərəsənin ərizədə göstərilən əlaqə nömrələrindən birinə bildiriş göndərilir.

Əgər hərbi qulluqçunun vərəsələri daimi əsaslarla ölkə hüdudlarından kənarda yaşayırlarsa, onlar tələb olunan sənədlərlə birlikdə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəlik və konsulluğuna müraciət edirlər.

Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev qeyd edib ki, cənab Prezidentin Fərmanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsini yaxşılaşdırmaqla yanaşı, ölkəmizdə gənclərin vətənpərvərlik hissinin güclənməsinə təkan verir. Fərman nazirlik tərəfindən tam şəffaf, məmur təması olmadan, növbəlilik prinsipi ilə icra olunacaq.

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

09 Okt 2016 Ərəb şeyxi arvadı necə döymək lazım olduğundan danışdı

Xəbər lenti