«Evlə təmin olunmağımıza göstəriş verin»

Məmurların yaramaz əməllərindən qəzetimizə göndərilən şikayət məktublarının sayı bitib-tükənmir. Bu dəfə qəzetimizə üz tutan Qazax rayonu Aşağı Əskipara kəndindən məcburi köçkün 84 yaşlı Məhəmmədəli Əsgərovdur.

Oğlu Mərdan Əsgərov, 1994-cü ildə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. Ölümündən sonra Mərdan Əsgərovu Azərbaycan Respublikasının prezidenti “Azərbaycan Bayrağı”ordeni ilə təltif edib.

Ailəsinə dövlət qayğısızlığından prezident I.Əliyevə, baş prokuror Z.Qaralova, surəti isə qəzetimizə ünvanlanan şikayət məktubunda bildirilir ki, Qazax rayonunda çoxsaylı binalar tikilərək məcburi köçkün və köçkün statusu olmayan şəxslərə mənzillər verilib.

Xatırladaq ki, qəzetimizin ötən saylarında Qazax rayonunda məcburi köçkünlər üçün tikilən mənzillərin Rusiya, Bakı, Qazax qeydiyyatlı şəxslərə verilməsi haqqında 45 nəfər Aşağı Əskiparalı məcburi köçkünün imzası ilə şikayət məktubu daxil olmuşdu. Şikayət məktubunda bildirilirdi ki, məcburi köçkünlər üçün tikilən mənzillərin bölüşdürülməsi komissiyasının sədri, Qazax RIH-nin birinci müavini Fərman Nağdəliyev, Aşağı Əskipara kənd icra nümayəndəsi Ilqar Isayevlə əlbir olaraq “dərə xəlvət, tülkü bəy” prinsipindən istifadə edərək mənzilləri məcburi köçkün olmayan şəxslərə veriblər…”

Şəhid atasının dəfələrlə Qazax RIH başçısı Ayaz Əsgərova müraciəti nəticəsiz qalıb. Mənzilləri bölüşdürülməsi komissiyasının sədri Fərman Nağdalıyev, Məhəmmədəli kişiyə növbəti ev bölgüsündə ona mənzil veriləcəyini söz versə də, vədinə xilaf çıxıb. Görünür, RIH başçısının şəhid ailələrinə qayğısı yalnız boş-boş vədlərdən ibarətdir. Məcburi köçkün kimi mənzil almaq RIH başçısı ilə “sövdələşmədən” keçir.

84 yaşlı, ömrünün qürub çağını yaşayan şəhid atasının şikayət ərizəsindən: “Şəhid oğlum Mərdan Əsgərova 09.11.1994-cü il tarixində Heydər Əliyevin fərmanı ilə ölümündən sonra ”Azərbaycan Bayrağı” ordeni verilib. Özüm isə vaxtilə adi dəryazla bir neçə erməninin kəndimizə təxribat məqsədi ilə girməsinin qarşısını almışam. Indi yoldaşım Əsgərova Güllü Qəfər qızı ilə Ağstafa rayonunda oğlumun şəraitsiz evində məskunlaşmışıq. Bu yaxınlarda Qazaxdan olan məcburi köçkünlərə Qazaxbəyli kəndində tikilmiş qəsəbədə evlər paylandı. Amma mənim müraciətimə baxan olmadı. Bir şəhid ailəsi, bir qəhrəman atası kimi indiyə qədər dövlət tərəfindən evlə təmin olunmamışam. Artıq 84 yaşım var. Bu gedişlə Qazax RIH-in birinci müavini Fərman Nağdalıyevin və Aşağı Əskipara kənd icra nümayəndəsi Ilqar Isayevin “sayəsində”, deyəsən, evsiz-eşiksiz də bu dünyadan köç edəcəm. Sizdən xahişim budur ki, mənim müraciətimə baxılmasına şərait yaradıb evlə təmin olunmama köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm”. 


Azadlıq.info

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti