Hazırda ölkənin daşınmaz əmlak bazarında durğunluq yaşanır. Baş verən durğunluğun yaranmasının səbəbi ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Bəzi ekspertlər bunun Rusiya amili, bəziləri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, bəziləri isə paytaxta söküntü işləri ilə əlaqədar olduğunu söyləyiblər. 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktor Elnur Əsədov ANS PRESS-ə bildirib ki, əmlak bazarındakı durğunluğun səbəblərindən biri neftin dünya bazarındakı qiymətinin düşməsi ilə bağlıdır. Digər səbəblərdən biri isə bazarda alıcı qüvvəsinin kifayət qədər olmamasıdır. Alıcı qüvvəsinin əksəriyyəti isə ipotekayla ev almağa üstünlük verənlərdir. Bazarda təklifin çox olmasına baxmayaraq, qiymətlərin yüksəkliyi əmlakın əlçatmazlığına gətirib çıxarır.

Onun sözlərinə görə, orta müddətli dövr üçün əmlak bazarında həm bazarın həcmi, həm də qiymətlər baxımından proqnozlar vermək çətindir. Amma 2015-ci ilin ortalarında əmlak bazarında bazarın həcmində genişlənmələr, həm də qiymətlərin 4-6% artacağı gözlənilir. Həmin dövrədək ucuzlaşma qeydə alınacağı real görünmür. 

O, qeyri-yaşayış təyinatlı əmlakın icarə əqdlərinin sayındakı və qiymətindəki vəziyyətdən söz açıaraq vurğulayıb ki, qeyri-yaşayış sahələrindəki icarə haqlarının qiyməti demək olarki yüksəkdir. İcarə haqları yüksək olduğu üçün mənfəət götürmək qabiliyyəti olmayan icarədarların əksəriyyəti çox keçmədən fəaliyyətlərini dayandırırlar. İcarə əqdlərinin sayı isə notariusda qeydiyyata alınır.

Digər ekspertlər əmlak bazarında durğunluğun hökm sürdüyünü, lakin ucuzlaşmanın olmayacağını düşünürlər. Onların fikrincə, 2012-2013-cü ildə aylıq əqdlərin sayı 20-25 ədəd olduğu halda, indi ay ərzində cəmi 4-5 əqd bazara çıxarılır. Hazırda Bakının mərkəzi ərazilərində sökülən evlərlə bağlı əhaliyə nəğd şəkildə ödənilən vəsaitlər, kompensasiyalar hesabına az sayda real alqı-satqı reallaşdırılır. Kompensasiya alan şəxlərin gücü isə paytaxtın mərkəzi hissəsində yox, ancaq şəhərətrafı ərazilərdə ev, ya torpaq almağa çatır. 

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da bizimlə söhbətində deyib ki, indi mənzil bazarında psixoloji təzyiq formalaşıb. Paytaxtda infrastrukturunun genişləndirilməsi ilə bağlı aparılan söküntülər mənzil bazarına böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi Bakı ətrafı qəsəbələrdə evlərin və ya torpaqların alınmasına yönəldilir. 

Bəzi mütəxəssislər diqqətə çatdırıblar ki, Rusiyada vəziyyətin pisləşməsi ölkədə əmlak bazarına təsir göstərir. Çünki əmlak alan insanların çoxu Rusiyada biznes vasitəsilə pul qazananlar. Əksər vətəndaşlar kreditə, ipotekaya üz tuturlar. 

Neftin dünya bazarında ucuzlaşmasına gəlincə, ucuzlaşma əmlak bazarında qiymətləri kəskin aşağı salır. Bir qayda olaraq proseslər göstərdi ki, dövlət pullarının, yəni nisyə xərclərinin artması əmlak bazarına həmişə təsir göstərir. Neft iqtisadiyyatımızın əsasını təşkil etdiyi üçün "qara qızıl"ın ucuzlaşması istənilən sahədən yan keçmir. 

Ümumiyyətlə, sosial şəbəklələrdə çıxış yolu kimi irəli sürülür ki, dünya bazarında neftin qiymətindən çox şey asılıdır. Əgər brend markalı neftin qiyməti dünya bazarında 70-80 dollar civarında olarsa, Azərbaycanın əmlak bazarında qiymətlərin aşağı düşməsi prosesi gedəcək. Əgər neft 90 dollardan yuxarı olarsa, o zaman bu durğunluq keçib gedəcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkədə 168 min daşınmaz əmlak qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% çoxdur. Azərbaycanda əhalinin torpaq sahələrinə marağı kəskin artıb. Belə ki, ölkədə daşınmaz əmlakla aparılan əməliyyatların yarısı - 79 mini torpaq sahələrinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qeydiyyatı 37% yüksəlib.

Teleqraf.az

 

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti